Azərbaycan Qəzzaya sülhməramlı göndərməyə razılıq verdi – ABŞ rəsmisi

Baş səhifə

Azərbaycan Qəzza sektorunda yaradılması nəzərdə tutulan beynəlxalq sabitləşdirici qüvvələrin tərkibində iştirak etməyə razılıq verən ölkələr sırasındadır.

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib.

O, bu barədə məşhur “The Hugh Hewitt Show” radiosuna müsahibəsində danışıb.

Uoltsun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın irəli sürdüyü sülh planı çərçivəsində Qəzzada “Beynəlxalq sabitləşdirici qüvvələr”in formalaşdırılması nəzərdə tutulur. ABŞ rəsmisi vurğulayıb ki, Vaşinqton bu kontingentdə Amerika hərbçilərinin yer almasını istəmir.

Onun fikrincə, İsrail ordusunun Qəzzaya qayıdışı genişmiqyaslı müharibə və normallaşma prosesinin tam iflası demək olardı. Bu səbəbdən beynəlxalq formatda qüvvələrin yaradılması planlaşdırılır və Uoltsun iddiasına görə, İndoneziya, Azərbaycan və bir sıra digər ölkələr artıq iştirak etməyə razılıq veriblər.

Azərbaycan hələlik rəsmi münasibət bildirməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir