Bu günədək 70 mindən artıq təhsil tələbə krediti üzrə müqavilə rəsmiləşdirilib

Baş səhifə

Bakı. Trend:

70 mindən artıq təhsil tələbə krediti üzrə müqavilə
rəsmiləşdirilib.

Trend xəbər
verir ki, bunu bu gün Bakıda keçirilən Təhsil Tələbə Krediti
Fondunun 4 illik fəaliyyətinə dair hesabat tədbirində fondun İdarə
heyətinin sədri Bəhruz Əzimov təqdimatı zamanı bildirib.

Onun sözlərinə görə, fondun fəaliyyəti dövründə e-ttkf.edu.az elektron
portalına 86 mindən çox müraciət daxil olub, 70 mindən artıq təhsil
tələbə krediti üzrə müqavilə rəsmiləşdirilib:




“Kreditlərin 65 faizi standart (45 956 TTK müqaviləsi), 35 faizi
isə sosial (24 437 TTK müqaviləsi) təhsil tələbə kreditlərinin
payına düşür. Kredit alan tələbələrin təhsil aldıqları müəssisələr
sırasında ölkənin bütün ali, orta ixtisas və peşə təhsil
müəssisələri yer alıb”.

O vurğulayıb ki, gender bölgüsünə əsasən, kreditlərin 63 faizi
qadınların (44 071 TTK müqaviləsi), 37 faizi isə kişilərin (26 322
TTK müqaviləsi) payına düşür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir