
Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət
Fondunun (İKZF) xətti ilə 393,3 milyon manat kredit verilib.
Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin
eyni dövrü ilə müqayisədə 46,8 milyon manat və ya 10,6% azdır.
Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin
məbləği isə 399,4 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü
ilə müayisədə 47,9 milyon manat və ya 10,7% azdır.
Dövr ərzində fondun yerləşdirilmiş istiqrazlarının həcmi 50
milyon manat və ya 8,3% azalaraq 550 milyon manat təşkil edib.
Bundan başqa, hesabat dövründə dövlət büdcəsindən fonda ayrılmış
vəsaitin həcmi isə 2,5 milyon manat və ya 2,8% azalaraq 85,2 milyon
manata bərabər olub.

