Çikaqo sakini dəmir relslərin üzərinə yıxılan və elektrik enerjisinin təsirinə məruz qalan kişinin həyatını xilas edib.
Hadisə anı şahidlər tərəfindən qeydə alınıb.
20 yaşlı Entoni Perrinein sözlərinə görə o, kişini qaldırarkən özüdü də elektrik cərəyanının təsirinə qalıb, buna baxmayaraq, zərərçəkəni buraxmayıb.
Perri huşsuz vəziyyətdə olan kişini relslərdən uzaqlaşdırır, sonra başqa bir sərnişinin yardımı ilə təcili yardım gələnə qədər ona ürək massajı edir.
Naməlum kişi xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağır qiymətləndirilir.
Polis kişinin relslərin üzərinə yıxılmasının səbəbini araşdırır.
Bu arada Çikaqoda yerli icmanın lideri Perriyə göstərdiyi şücaətə görə avtomobtil hədiyyə edib.
Mənbə: Daily Mail
www.RIA24.az