
Bakı.Trend:
Prezident İlham Əliyev çox sistemli xarici siyasət yürüdür.
Trend xəbər
verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ci
ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.
“Hər bir ölkənin portnyorları ilə münasibətləri digər ölkələrlə
münasibətlərdən fərqlənir. Bu mövzularda Azərbaycan
diplomatiyasının mövqeyi hər zaman aydın olub”.
Nazir qeyd edib ki, Rusiya-Ukrayna qarşıdurması 2014-cü ildən
özünün qaynar fazasına keçib. 2024-cü ildə bu münaqişə açıq
müharibə fazasına keçdikdən sonra Azərbaycan hər iki ölkə
münasibətləri qoruyub saxlayıb.
“Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü,
suverenliyini dəstəkləyib və bunu açıq şəkildə bildirib.
Azərbaycan-Rusiya arasında olan gərginlik Ukrayna müharibəsi ilə
yox, AZAL təyyarasinin faciəvi qəzası ilə bağlı idi”, – o əlavə
edib.

