Daha bir azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev Rusiyanın paytaxtı Moskvada keçirilən “AMC Fight Nights” turnirində qələbə qazanıb.
Oxu.Az-ın xəbərinə görə, gecənin ikinci əsas döyüşündə “Tank” ləqəbli Tahir rusiyalı Maksim Butorinlə döyüşüb.
25 yaşlı idmançımızın üstünlüyü ilə başa çatan görüşdə yekun qərarı hakimlər verib. Hakimlərin yekdilliklə verdiyi qərarla Tahir Abdullayev qalib elan edilib. Bu, onun karyerasında 13-cü, ardıcıl 7-ci qələbəsi olub.
Xatırladaq ki, gecənin əsas döyüşündə Nəriman Abbasov dağıstanlı Marif Pirayevə qalib gəlməklə beşinci dəfə kəmərə sahib çıxıb. Döyüşdən öncə özünə “Bayraktar” ləqəbini götürən Nəriman təşkilatçılara ilin sonunda Bakıda döyüş keçirməyi təklif edib.
Səbuhi Musa
www.RIA24.az