Bolqarıstan millisi Gürcüstanın paytaxtı Tbilisidə qəzaya düşüb.
Onlar Millətlər Liqasının oyununda yerli yığma ilə oynamaq üçün Gürcüstana çatanda qəza baş verib.
Bolqarıstan milli komandasını daşıyan iki avtobusdan birinin sürücüsü hotelə gedərkən idarəetməni itirib və digər avtobusla toqquşub. Nəticədə ağır qəza baş verib.
Qəzada ən çox “Botev”in yarımmüdafiəçisi Todor Nedelev xəsarət alıb – o, kəllə-beyin travması alıb, sınıq şüşə parçaları onun başına xəsarət yetirib.
Futbolçu uğurla əməliyyat olunub.
Qeyd edək ki, sabah, iyunun 12-də Gürcüstan və Bolqarıstan yığmaları qarşılaşacaq.
Mənbə: Sports.ru
www.RIA24.az