“Uşaq oyuncaqları” yükündən bəyan olunmayan mallar aşkar edildi (FOTO)

Baş səhifə

Bakı. Trend:

“Uşaq oyuncaqları” adı altında gətirilən malların içindən bəyan
olunmayan müxtəlif adda məhsullar aşkar edilib.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsinin Mətbuat və
İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki, Bakı Baş Gömrük İdarəsi “Abşeron” gömrük postunda
Çin xalq Respublikasından gətirilən yüklərə gömrük baxışı zamanı
gömrük bəyannaməsində “yumşaq oyuncaq” kimi qeyd edilən yükün
içərisində faktiki olaraq gömrük qanunvericiliyi pozulmaqla digər
malların gətirildiyi müəyyən olunub.




Nəzarət və eyniləşdirmə prosedurları zamanı gömrük orqanına
bəyan edilməyən müxtəlif adda məişət əşyaları, idman malları,
dəftərxana ləvazimatları və digər məhsullar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir