Luis Hamilton: “Dua etdim ki, Bakıda yarış tez bitsin”

İdman

“Ağrı və adrenalindən dişimi sıxmışdım”. 

Oxu.Az xəbər verir ki, bunu “Mercedes”  komandasında çıxış edən “Formula 1” pilotu Luis Hamilton Azərbaycan Qran-prisindən sonra  deyib. 

Yeddiqat dünya çempionu həmin ağrıları sözlə ifadə edə bilməyəcəyini söyləyib: “Sonra dua etdim ki, yarış tez bitsin. Ancaq ümumilikdə biz yaxşı vəziyyətdəyik. Üçüncü və dördüncü yeri tutmaq komanda üşün əla nəticə sayılır”.

www.RIA24.az

Spread the love