Mülkiyyətində olan torpaqlarda çalışanlar və onların ailə üzvləri üçün sosial sığorta haqqı artırılır

Baş səhifə

Bakı. Trend:

Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən
sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının
tutulma qaydası dəyişdiriləcək.

Trend-in
məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Sosial
sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.




Dəyişikliyə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına
yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə
işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna
olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli
(orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi
müəyyən edilmiş şəxslər və əlilliyi olan uşaqlar istisna olmaqla 15
yaşından “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsi ilə
müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər
biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən
asılı olaraq minimum aylıq əməkhaqqının aşağıda göstərilən
dərəcələri üzrə hesablananacaq:

  • 5 hektaradək olduqda – 3 faiz artırılaraq 5 faiz
    miqdarında
    ;
  • 5 hektardan 10 hektaradək olduqda – 1,5 faiz
    artırılaraq 7,5 faiz miqdarında
    ;
  • 10 hektardan yuxarı olduqda – 2,5 faiz artırılaraq 12,5
    faiz miqdarında.

“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində bildirilib
ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi
şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı
əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına
imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya
təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda
(2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş
şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il
iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən
başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir