Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə heyətinin sədri Taleh Kazımov iyunun 16-da sığorta şirkətlərinin rəhbərləri ilə görüşəcək.
“APA-Economics”in məlumatına görə, görüş zamanı Azərbaycanın sığorta sektorunun cari vəziyyəti müzakirə olunacaq.
Qeyd edək ki, görüş AMB-nin inzibati binasında baş tutacaq.
Xatırladaq ki, bu, AMB-nin yeni sədrinin sığorta şirkətlərinin rəhbərləri ilə ilk görüşüdür. AMB sədri bundan əvvəl mayın 4-də bank rəhbərləri ilə görüş keçirmişdi.
www.RIA24.az