
Bakı. Trend:
Türkiyədə (Yalova vilayətində) bir gün əvvəl baş vermiş və polis
zabitlərinin ölümü ilə nəticələnmiş silahlı toqquşmadan sonra
ölkənin hüquq mühafizə orqanlarının İstanbulda keçirdiyi
əməliyyat-axtarış tədbirləri nəticəsində İŞİD üzvü olmaqda şübhəli
bilinən 110 nəfər saxlanılıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Bundan əvvəl Ankarada 17 nəfərin oxşar ittihamlarla
saxlanıldığını, onlardan 11-nin xarici ölkə vətəndaşları olduğu
bildirilirdi.
İstanbul prokurorluğunun məlumatına görə, saxlanılanlardan azı
41-i bazar ertəsi Yalovada polisə silahlı müqavimət göstərmiş İŞİD
terrorçuları ilə əlaqəli ola bilər. Həmin çaxnaşmada 3 polis zabiti
şəhid olub, səkkiz nəfər yaralanıb. Silahlı toqquşmada iştirak edən
altı ekstrimist isə məhv edilmişdi.

