Somali ərazi bütövlüyünə dəstəyə görə Azərbaycana təşəkkür edib

Baş səhifə

Somali ərazi bütövlüyünə dəstəyə görə Azərbaycana təşəkkür edib.

APA xəbər verir ki, Somali Xarici İşlər Nazirliyinin kommunikasiyalar şöbəsi direktorunun müavini Ahmed Qaaşan özünün “X” hesabında Azərbaycana təşəkkür ünvanlayıb.

“Azərbaycanın Somali Federativ Respublikasının suverenliyi, birliyi və ərazi bütövlüyünə göstərdiyi dəstəklə bağlı mövqeyini ehtiramla qarşılayırıq. Bu mövqe Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə və dünya tərəfindən tanınan dövlətçiliyin mühafizəsinə sədaqətini əks etdirir”, Ahmed Qaaşan bildirib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi İsrailin Somaliləndi rəsmi şəkildə tanımasından sonra, Somalinin ərazi bütövlüyünə dəstək ifadə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir