Heyvanlar aləmindən istifadə növləri sırasına minatəmizləmə də daxil edilir

Baş səhifə

Heyvanlar aləmindən istifadə növləri sırasına minatəmizləmə də daxil edilir.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Heyvanlar aləmi haqqında”” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, heyvanlardan minatəmizləmə fəaliyyətində partlayıcı sursatların aşkarlanması məqsədilə standart əməliyyat prosedurlarına uyğun istifadə edilməsi heyvanlar aləmindən istifadə növləri sırasında yer alacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir