Polisin axtardığı şəxs Bosniyada saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Bosniya və
Herseqovina ərazisində yeri müəyyən olunub.

Trend bu barədə
DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir.




Dələduzluq maddəsi ilə başlanmış cinayət işi üzrə Binəqədi RPİ
tərəfindən axtarışda olan Nicat Namiq oğlu Rəhimov İnterpol
kanalları vasitəsilə saxlanılıb.

Bildirilib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin
aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər
görülür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir