Tarixin ən çox qazanan idmançıları açıqlandı – SİYAHI + FOTO

Maraqlı

“Forbes” tarixin ən çox qazanan idmançılarının adını açıqlayıb.

Gəliri milyard dolları keçən bu idmançıların reytinqinə amerikalı qolfçu Tayqer Vuds başçılıq edir. Çıxışları ərzində o, 1,72 milyard dollar (2,9 milyard manat) qazanıb. Amerikalının karyerası 1996-cı ildə başlayıb.

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu ikinci yerdə qərarlaşıb. “Mançester Yunayted”in forvardı 1,24 milyard dollar (2,1 milyard manat) qazanıb. Ronaldu dünyanın ən məşhur atletlərindən biridir və bu, ona böyük reklam müqavilələri almaq imkanı verir.

Üçüncü yerdə amerikalı basketbolçu Lebron Ceyms qərarlaşıb. Milli Basketbol Assosiasiyasının (NBA) 37 yaşlı ulduzu “Nike” ilə ömürlük müqavilə imzalayıb. Onun ümumi qazancı 1,16 milyard dollar (1,97 milyard manat) qiymətləndirilir.

Siyahını argentinalı forvard Lionel Messi (1,15 milyard dollar/1,95 milyard manat), isveçrəli tennisçi Rocer Federer (1,09 milyard dollar/ 1,85 milyard manat) və Amerikalı boksçu Floyd Meyvezer (1,08 milyard dollar/1,83 milyard manat) davam etdirir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir