DÇ-2022-yə yollanacaq daha bir yığma komandanın adına aydınlıq gəlib.
Qətərin Əhməd bin Əli stadionundakı matçda Asiya konfederasiyasının təmsilçisi qismində çıxış edən Avstraliya KONMEBOL-un 5-ci komandası olan Peru ilə qarşılaşıb.
Oyunun əsas və əlavə olunmuş vaxtları qolsuz bərabərliklə bitdiyindən qalibi penaltilər müəyyənləşdirib – 0:0.
11 metrlik cərimə zərbələrində daha dəqiq olan Avstraliya (5:4) Dünya çempionatının finalına vəsiqə qazanıb – 5:4.
Qeyd edək ki, Avstraliya çempionatın final turnirində Danimarka, Fransa və Tunislə birlikdə D qrupunda çıxış edəcək.
www.RIA24.az