
Bakı. Trend:
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən
istehsal məqsədilə yük avtomobillərinin ehtiyat
hissələrinin idxalı 2026-cı il yanvarın 1-dən 7 il
müddətinə ƏDV-dən azad edilib.
Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.
Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)
təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal
məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı
2025-ci il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən
azaddır.
“Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi
barədə Qanun
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən
istehsal məqsədilə yük avtomobillərinin ehtiyat hissələrinin idxalı
2026-cı il yanvarın 1-dən 7 il müddətinə gömrük
rüsumlarından azad edilib.

