
Bakı. Trend:
Bu gündən ictimai iaşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər
üçün vergi güzəşti tətbiq ediləcək.
Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.
Qanuna əsasən, ictimai iaşə fəaliyyəti ilə məşğul olan fiziki
şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən bu Məcəllənin
174.5-ci maddəsinə əsasən ƏDV məbləğinin azaldılmasından əldə
edilən gəlirlər gəlir (mənfəət) vergisindən azad edilib.
174.5-ci maddədə bildirilib ki, tibb müəssisələrinin və özəl
tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü
ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada
POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan
dövriyyəsinin 50 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə
onun vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələr
nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya
edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.

