Azərbaycan üzgüçüləri Xorvatiyadan 27 medalla qayıdıblar – FOTO

İdman

Azərbaycanın üzgüçülük üzrə milli komandası 9-13 iyun tarixlərində Xorvatiyanın Dubrovnik şəhərində keçirilmiş “Zlatni Orlando” adlı beynəlxalq turnirdən Vətənə 27 medalla dönüblər.

Oxu.Az xəbər verir ki, 11 nəfər heyətlə Xorvatiyanın Dubrovnik şəhərinə yola düşən idmançılarımız 10 qızıl, 10 gümüş və 7 bürünc medal qazanıblar.

Qeyd edək ki, bu turnir bitdikdən sonra komandamızın bir qrup üzvü 17-19 iyun tarixlərində Bakıda keçiriləcək Açıq Yay çempionatına qatılacaq. İki üzgüçümüz – Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah isə Macarıstanın Dyör şəhərində yerli yığma ilə birgə təlim-məşq toplanışına qatılacaq. Toplanış bitdikdən sonra hər iki üzgüçümüz 18-23 iyun tarixlərində Macarıstanda təşkil olunacaq dünya çempionatında iştirak edəcək.

www.RIA24.az

Spread the love