
Bakı. Trend:
Yanvarın 2-də ölkə ərazisində qeydə alınan 21, əvvəlki
dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 2, o cümlədən
borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti
üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb.

