Afrikanın endemik ölkələrindən kənarda meymunçiçəyinə təsdiqlənmiş yoluxma hallarının sayı 1500-ü ötüb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına və dövlət orqanlarının bəyanatlarına əsaslanan hesablamalarda qeyd edilir.
Ümumilikdə, yazın əvvəlindən Afrika ilə yanaşı, 30-dan çox ölkədə 1 558 yoluxma hadisəsi aşkarlanıb.
Hazırda yoluxanların əksəriyyəti Böyük Britaniyada (470), İspaniyada (259) və Almaniyada (229) qeydə alınıb. Ümumilikdə Avropa ölkələrində yoluxma sayı 1380-dir.
ÜST-nin qeyd etdiyi kimi, meymun çiçəyi əsasən, mərkəzi və qərb Afrikanın tropik nəm meşələrinin yaxınlığında yerləşən ucqar ərazilərində baş verən nadir virus xəstəliyidir.
Mənbə: TASS
www.RIA24.az