ABŞ Venesuela ilə müharibə aparmır – Rubio

Baş səhifə

Bakı. Trend:

ABŞ Venesuela ilə deyil, narkotik qaçaqmalçılarına qarşı
müharibə aparır.

Trend-in
məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio “NBC”
telekanalı jurnalistinin Karakasda baş verənlərin müharibənin
başlanğıcı hesab edilə biləcəyi ilə bağlı sualına cavab olaraq
bildirib.

“Bu, müharibə deyil. Demək istəyirəm ki, biz narkotik
qaçaqmalçılığı ilə müharibə aparırıq, Venesuela ilə yox”, – deyə o
qeyd edib.




ABC-nin aparıcısı Corc Stefanopulos M.Rubiodan ABŞ prezidenti
Donald Trampın Venesuela ilə müharibəyə başlamaq üçün Konqresdən
icazə istəməməsinin səbəbini izah etməsini istəyəndə dövlət katibi
müharibənin olmadığını bir daha təkrarlayıb:

“Bu, işğal deyildi. Biz ölkəni işğal etmədik. Bu, həbs idi.
Hüquq-mühafizə orqanlarının əməliyyatı olub. O [Maduro] Venesuelada
FTB agentləri tərəfindən həbs edildi, hüquqları oxundu və sonra
ölkədən çıxarılıb”, – deyə o bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir