Katerina Yuşşenko: “Qlobal Bakı Forumu gənclərin baxışı ilə tanış olmağa imkan verəcək”

İqtisadiyyat

“Qlobal Bakı Forumu gənclərin müasir qlobal çağırışlarla bağlı fikirlərini eşitməyə imkan verəcək”.

“Report” xəbər verir ki, bunu Ukraynanın eks-prezidenti Viktor Yuşşenkonun həyat yoldaşı Katerina Yuşşenko IX Qlobal Bakı Forumunun başlanmasına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, forumun panellərindən biri gənclərə həsr olunacaq. Burada Azərbaycan, ABŞ, Xorvatiya, Bosniya və Herseqovina, Latviya, Ukrayna, Banqladeş, Bolqarıstan və digər ölkələrdən gənclər iştirak edəcəklər.

“Belə tədbirlərin keçirilməsində məqsəd yeni nəslin nə düşündüyünü öyrənmək, gənc liderlərin baxışı, onların iqtisadiyyat, milli təhlükəsizlik, ətraf mühit, insan hüquqları ilə bağlı fikirləri ilə tanış olmaqdır”, – K.Yuşşenko bildirib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir