Türkiyənin Müdafiə Nazirliyi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində yaranan taxıl böhranını həll etmək üçün “qırmızı xətt” adlanan açıq rabitə kanalı formalaşdırıb.
Yeni mexanizm Türkiyənin müdafiə naziri Hulusi Akarın rəhbərliyi altında yaradılıb.
“Həm Rusiya, həm də Ukrayna ilə intensiv danışıqlar aparırıq. Hər iki tərəfin müəyyən şərtləri var. Biz qeyd-şərtləri aradan qaldırmaq üçün çalışırıq”, – deyə nazir bildirib.
Akar Türkiyənin taxıl böhranının tezliklə bitməsini istədiyini bildirib.
Mənbə: “Anadolu”
www.RIA24.az