
Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziyalara
müsahibəsi ərəb mediası tərəfindən geniş işıqlandırılıb.
Trend xəbər verir ki, nüfuzlu
“əş-Şarq əl-Avsət”, “əl-Quds əl-Arabi”, “əl-Dustur”, “əl-Şuruq”,
“samanyus”, eləcə də Fələstinin informasiya portalları, bir sıra
televiziya kanalları mövzu ilə bağlı silsilə xəbərlər
yayımlayıb.
Ərəb mediasında yayılan xəbərlərdə və reportajlarda dövlətimizin
başçısının Azərbaycanın Qəzzada sülhməramlı qüvvələrin tərkibində
iştirakla bağlı mövqeyi, eləcə də qlobal proseslər və ABŞ-la
münasibətlər əsas diqqət mərkəzində olub.

