İyulun 2-də Bakıda möhtəşəm kikboksinq turniri keçiriləcək.
Oxu.Az-ın xəbərinə görə, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək turnirin təşkilatçısı türkiyəli Kürşat Şahinin rəhbəri olduğu “Loca” döyüş klubudur.
“Qarabağ Zəfər Gecəsi” adlanan yarışda dördü Azərbaycandan, dördü Türkiyədən olmaqla səkkiz idmançı Dünya millisinə qarşı mübarizə aparacaqlar.
Azərbaycan millisindən Bəhram Rəcəbzadə, Nehir Rəcəbzadə, Qəşəm Məmmədov, Elşad Şahbazov, türklərdən Adəm Bozkurt, Zəhra Doğan, Qalip Çelik və Ali Kelat döyüş gecəsinin iştirakçısı olacaqlar.
Qeyd edək ki, döyüş gecəsi Türkiyənin TV 8,5 telekanalı vasitəsilə canlı yayımlanacaq.
Səbuhi Musa
www.RIA24.az