“Azərlotereya”da yeni təyinat

Baş səhifə

Bakı. Trend:

“Azərlotereya” ASC-də kadr dəyişikliyi olub. Şirkətin Marketinq
üzrə yeni baş rəhbəri Nuranə Teymurova təyin edililib.

O, bundan öncə PAŞA Sığorta şirkətində Rəqəmsal və pərakəndə
biznes blokunun rəhbəri vəzifəsində çalışıb. Nuranə Teymurova
2015-2020-ci illər PAŞA Sığorta şirkətinin Marketinq və
ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri, eləcə də Dövlət
Neft Fondu və “Azercell Telekom” MMC-də müxtəlif vəzifələr üzrə
fəaliyyət göstərib.

Kadr siyasətində peşəkar kollektivin formalaşdırılmasına önəm
verən “Azərlotereya” Türkiyə şirkətinə idarəetməyə verildikdən
sonra əməkdaşlarının sayı 4 dəfədən çox artırılaraq 49-dan 225-ə
qaldırılıb.




Beynəlxalq standartlarla ayaqlaşan fəaliyyət sferasında
“Azərlotereya” yerli əməkdaşlarla yanaşı xarici mütəxəssisləri də
işə cəlb edir. Ölkənin qeyri-neft sektorunda əhəmiyyətli
iştirakçıya çevrilmiş “Azərlotereya”da rəqabətli insan kapitalının
formalaşdırılması əsas məqsədlərdən biridir.

“Azərlotereya” üzvü olduğu Avropa Lotereyaları Assosiasiyası
(EL), Dünya Lotereyaları Assosiasiyası (WLA), həmçinin “Scientific
Games”, “Demirören Holding” və digər xarici partnyorların təqdim
etdiyi seminarlarda öz işçilərinin iştirakını təşviq edərək kritik
biznes tərəfdaşlarının müasir beynəlxalq standartlara bələd olması
üçün mütəmadi olaraq məlumatlar bölüşərək təlimlər həyata
keçirir.

“Azərlotereya”da işçilər peşəkarlıq səviyyəsinin yüksəldilməsi,
onların inkişafının artırılması məqsədilə münbit şərait və rəqabətə
davamlı əmək haqqı ilə təmin olunurlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir