“Yeni “Dövlət satınalmaları haqqında” Qanun layihəsi son razılaşma mərhələsindədir”.
“Report” un məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Partners and Business Baku 2022” yerli şirkətlərin tanıtım sərgisinin açılış mərasimində deyib.
O qeyd edib ki, qanun layihəsi son razılaşdırma mərhələsindədir.
“Ümidvarıq ki, bu ilin sonuna qədər qanun layihəsi Milli Məclisə təqdim olunacaq”, – deyə o bildirib.
www.RIA24.az