“O mənə deyil, “Real”da oynamaq arzusuna xəyanət etdi və bu, həqiqətdir”.
Bu sözləri “Real”ın prezidenti Florentino Perez “Pari Sen-Jermen”in hücumçusu Kilian Mbappenin qərarı haqqında fikirlərini bölüşərkən deyib.
“Ötən ilin avqustunda PSJ onu satmaq istəməmişdi. Bir il gözlədik və o, yenə eyni şeyi deyirdi ki, arzusu “Real”da oynamaqdır. 15 gün ərzində vəziyyət kəskin şəkildə dəyişdi. Hesab edirəm ki, bu, siyasi təzyiq və yəqin ki, iqtisadi təzyiq nəticəsində baş verib. Düşünürəm ki, o, bu vəziyyətdən ən asan çıxış yolunu seçdi”, – deyə Perez bildirib.
Qeyd edək ki, Mbappe PSJ ilə müqaviləsini 2025-ci ilə qədər uzadıb. Qeyri-rəsmi məlumatlara görə, yeni müqaviləyə əsasən, Kilianın klubdakı maaşı ildə 93 milyon avro olacaq ki, bu da onu dünyanın ən çox maaş alan futbolçusu edəcək.
Mənbə: Çempionat
www.RIA24.az