“Azərbaycan enerji daşıyıcılarının tədarükü məsələsində Avropanın vacib və etibarlı tərəfdaşıdır”.
Bunu “Report”a IX Qlobal Bakı Forumunda iştirak edən Latviyanın sabiq Prezidenti Valdis Zatlers bildirib.
O bildirib ki, bu məsələdə Azərbaycanın rolu qarşıdakı illərdə artmaqda davam edəcək, belə ki, Rusiya neftindən və qazından imtina reallığa çevriləcək.
Bununla əlaqədar Zatlers Avropa ölkələrinin Azərbaycandan enerji daşıyıcılarının tədarük həcmlərinin artırılmasında maraqlı olduğunu vurğulayıb.
“Avropa İttifaqı vacib və etibarlı tərəfdaşdır. Tədarüklə bağlı uzunmüddətli müqavilənin imzalanması Azərbaycan üçün faydalı olacaq”, – o deyib.
www.RIA24.az