Vətəndaşlar iğtişaşçıların sakitliyi pozmasına icazə verməməlidir – Pezeşkian

Baş səhifə

Bakı. Trend:

İran vətəndaşları iğtişaşçıların sakitliyi pozmasına icazə
verməməlidirlər.

Trend-in
məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün İran
xalqına müraciətində deyib.

Onun sözlərinə görə, ölkədə baş verən etirazlarla iğtişaşlar
arasında fərq var. Hər bir vətəndaşın etiraz etmək haqqı var və
İran hökuməti etirazları dinləməyə və bu istiqamətdə olan
problemləri həll etməyə hazırdır.




Pezeşkian bildirib ki, lakin iğtişaşçılar ölkədə hərc-mərclik və
destabillik yaratmağa çalışırlar. İğtişaşçılar bankları, ictimai
nəqliyyat vasitələrini, məscidləri və digər dövlət əmlakını
yandırmaqla məşğuldur.

İran prezidenti vətəndaşları belə hallar qarşısında ayıq-sayıq
olmağa və iğtişaşçıların planlarına aldanmamağa çağırıb.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası
rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək
inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları
başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,
say haqda məlumat verilməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir