“Qarabağ”ın Polşanın “Lex” klubuna qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarının vaxtı dəqiqləşib.
Oxu.Az xəbər verir ki, “köhlən atlar”ın ilk matçı iyulun 5-də səfərdə olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Cavab görüşü isə iyulun 12-də Bakıda gerçəkləşəcək. Həmin matç saat 20:00-da start götürəcək.
Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə qarşılaşacaq.
www.RIA24.az