Baş prokuror Şirvanda vətəndaşları qəbul edəcək

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına
və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş
prokuror Kamran Əliyev cari il yanvarın 16-da, saat 10:00-da Şirvan
şəhər prokurorluğunun inzibati binasında Şirvan şəhər, Hacıqabul,
Salyan, Neftçala və Biləsuvar rayon sakinlərinin qəbulunu
keçirəcək.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat
verilib.




Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şirvan şəhərinə
gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata
keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər)
prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş
Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin
(012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli
telefonları, [email protected] elektron poçt ünvanı,
həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram,
Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir