Rusiya hər ay Ukraynada 25.000-dək əsgər itirir – NATO baş katibi

Baş səhifə

Rusiya Ukraynadakı müharibədə hər ay 25.000-ə qədər əsgər itirir.

Modern.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Rutte Qlobal Avropa konfransında deyib.

“Rusiya hazırda Ukraynanın möhkəm müdafiəsi sayəsində çox sayda əsgər itirir. Bir ayda bu, 20.000 ilə 25.000 arasında dəyişir. Mən ağır yaralılardan deyil, ölənlərdən danışıram”.

NATO baş katibinin sözlərinə əsasən, təxminlərə görə, Rusiya təkcə 2025-ci ildə Ukraynada 300.000 əsgərini itirib. Bu məlumatları təxminən 4 illik müharibə üzrə proqnozlaşdırsaq, cəbhədə öldürülən 1,2 milyon rus deməkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir