“Pari Sen-Jermen”in braziliyalı hücumçusu Neymar Fransa klubunu tərk etməkdən imtina edib.
Məsələ burasındadır ki, parislilər maaş cədvəlini yüngülləşdirməyi planlaşdırırlar. Bu məqsədlə də komandanın bir neçə oyunçusu ilə yolları ayırmağa hazırdırlar. Neymar da onlardan biridir.
Braziliyalının Fransanın paytaxt klubundakı maaşı bir mövsüm üçün təxminən 50 milyon avrodur. Lakin futbolçu kluba getmək fikrində olmadığını bildirib.
Vəziyyətə bir çox cəhətdən Kilian Mbappenin maaşının artırılmasını nəzərdə tutan müqavilənin 2025-ci ilə qədər uzadılması təsir edib.
Mənbə: Marca
www.RIA24.az