Rusiya prezidenti Vladimir Putinin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü ilə görüşü kuryoz hadisə ilə yadda qalıb.
Belə ki, gecə yarısına kimi uzanan tədbirdə Milorad Dodikin söylədiyi uzun cümləni tərcümə edən sinxron tərcüməçi dərindən nəfəs alır və senzuradan kənar ifadə işlədir.
Maraqlı kadr “Kremlinpool” “Telegram” kanalında yayımlanıb.
“Tərcüməçinin işi çətindir”, – deyə kanalın müəllifləri videonun şərhində yazıblar.
www.RIA24.az