
Bakı. Trend:
Türk Hava Yolları (“Turkish Airlines”) şirkətinə məxsus sərnişin
təyyarəsi göyərtədə bomba həyəcanı ilə əlaəqdar Barselona şəhər
aeroportuna təcili eniş edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, təyyarə İstanbuldan Kataloniyanın paytaxtına
doğru uçurdu.
“Təhdidlə əlaqədar təyyarənin göyərtəsində təhlükəsizlik
protokolları işə salınıb, təhlükəsizlik xidməti yaranmış vəziyyəti
dəyərləndirir”,- deyə İspaniyanın hava limanlarının
tənzimləyicisinin “X” səhifəsində paylaşım edilib.
İnsidentin təfərrüatları barədə məlumat verilmir.

