
Bakı. Trend:
İranın prezidenti Məsud Pezeşkianla rusiyalı dövlət başçısı
Vladimir Putin arasında telefon danışığı olub.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi
Dmitriy Peskov mətbuata açıqlamasında bildirib.
Telefon danışığında Yaxın Şərqdə, o cümlədən İrandakı vəziyyət
müzakirə olunub.
Peskovun sözlərinə görə, Putin vəziyyətin de-eskalasiyası üçün
səylər göstərir.
“Məsələ yalnız İrana deyil, həm də bütün regiona, regional
sabitlik və sülh məsələsinə yardım deməkdir. Rusiya, o cümlədən
prezidentin fəallığı sayəsində gərginliyin azaldılmasına töhfə
vermək məqsədilə hazırda da bu yardımı göstərir”, – mətbuat katibi
bildirib.
Qeyd edək ki, yanvarın 16-da Putin həmçinin, İsrailin Baş naziri
Binyamin Netanyahu ilə telefon danışığı aparıb. Tərəflər Yaxın
Şərqdə, o cümlədən İranda vəziyyətlə bağlı fikirlərini bölüşüblər.
Kremlin məlumatına görə, Rusiya lideri regionda sabitlik və
təhlükəsizliyin təmin olunmasına yönəlmiş diplomatik addımların
fəallaşdırılması ilə bağlı yanaşmalarını açıqlayıb.

