Günəşdə müəmmalı nəhəng dəlik əmələ gəlib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Günəşdə forması qeyri-adi olan, tərsinə “1” rəqəmini xatırladan
iri koronal dəlik müşahidə olunur.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bb barədə Rusiya Elmlər
Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası
Laboratoriyası öz “Telegram” kanalında məlumat yayıb.




“Böyük, tərsinə “1” rəqəmini xatırladır. Hərçənd təxəyyülü işə
salsaq, buludlarda olduğu kimi burada da müxtəlif fiqurlar görmək
olar”, – paylaşımda qeyd olunub.

Bildirilir ki, dəliyin hündürlüyü təxminən bir milyon
kilometrdir. Laboratoriyanın məlumatına görə, Günəşdə koronal
dəliklər 2025-ci ilin ilk aylarından etibarən, Günəş aktivliyinin
pik mərhələsindən sonra daha tez-tez yaranmağa başlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir