
Bakı.Trend:
Hal-hazırda Qrenlandiyanın sahillərində nə Rusiya, nə də Çin
gəmiləri var.
Trend xəbər verir
ki, bunu Danimarkanın Birgə Artkitk Komandanlığının (Joint Arctic
Command) rəhbəri, general-mayor Soren Anderson bildirib.
“Danimarkaya, o cümlədən Qrenlandiyaya birbaşa təhlükə görmürük.
Qrenlandiyanın yaxınlığında heç bir Rusiya və ya Çin gəmisini
görmürük. Əlbəttə, belə gəmilər mövcuddur və ABŞ da bunu bildirir.
Lakin bu gəmilər Şimal Buzlu Okeanda yerləşir, Qrenlandiyanın
yaxınlığında yox” – Andersen qeyd edib.
Danimarkalı hərbi kommandan həmçinin vurğulayıb ki, Danimarka
2026-cı ildə Rusiyanın okeanda fəallığını artıracağını
gözləyir.
Andersen bildirib ki, Birgə Arktik Komandanlıq ABŞ-dan yox,
başlıca olaraq Rusiyadan gələn potensial təhdidlərə qarşı
qorunmanın təmin olunmasına xidmət edir.
Xatırladaq ki, yanvarın 5-də ABŞ prezidenti Donald Tramp
bildirib ki, Ştatlar milli təhlükəsizliyini təmin etmək məqsədilə
Qrenlandiyanı nəzarətə götürməyi planlaşdırır. Tramp bunu Rusiya və
Çin gəmilərinin adanı əhatə etməsi ilə izah edib.

