“Azərbaycan hökumətinin neftin qiyməti ilə bağlı məsələyə yanaşması mühafizəkardır. Biz ənənəvi olaraq neftin qiyməti məsələsində ehtiyatlı davranırıq”.
Oxu.Az-ın məlumatına əsasən, bunu maliyyə naziri Samir Şərifov 2022-ci ilin dövlət büdcəsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, Azərbaycan hökumətinin verdiyi proqnozlara görə beynəlxalq təşkilatlar məsuliyyət daşımır.
“Ona görə də biz ehtiyatlı davranırıq. Neftin bir bareli üçün büdcədə nəzərdə tutulan artım büdcənin gəlirlərini artırır”, – deyə o əlavə edib.
Qeyd edək ki, bu ilin büdcəsində təklif olunan dəyişikliyə əsasən, neftin proqnozlaşdırılan qiyməti 50 dollardan 85 dollara qaldırılır.
Aqşin Kərimov
www.RIA24.az