Rusiyanın sabiq dövlət katibi və baş nazirin birinci müavini olmuş Gennadi Burbulisin Bakıda hoteldə meyitinin tapılması ilə bağlı Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsində araşdırmalara başlanılıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq qurumun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, hazırda araşdırmalar davam etdirilir.
Xatırladaq ki, 77 yaşlı G.Burbulis iyunun 19-da Bakıda qaldığı hoteldə vəfat edib.
G.Burbulis 1945-ci il avqustun 4-də anadan olub, 1991-1992-ci illərdə Rusiya hökumət başçısının birinci müavini vəzifəsində çalışıb, Rusiyanın ilk prezidenti Boris Yeltsinin ən yaxın adamı olub. O, 1991-ci il dekabrın 8-də SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejsk sazişinin hazırlanmasında iştirak edənlərdən biri olub.
www.RIA24.az