Azərbaycanın İsraildəki səfirliyində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

Baş səhifə

Bakı. Trend:

19 yanvar tarixində Azərbaycan Respublikasının İsrail Dövlətində
Səfirliyində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş
dəyirmi masa keçirilmişdir. Tədbirdə İsraildə yaşayan Azərbaycan
icmasının fəal nümayəndələri və jurnalistlər iştirak edib.

Trend xəbər verir ki, bu
barədə Azərbaycan Respublikasının İsraildəki Səfirliyindən məlumat
yayıb.

Tədbir 20 yanvar faciəsində şəhid olmuş şəxslərin xatirəsini yad
etmək üçün 1 dəqiqəlik sükutla başlamışdır. Tədbiri giriş sözləri
ilə açan Azərbaycan Respublikasının İsrail Dövlətində səfiri Muxtar
Məmmədov 20 Yanvar hadisələrinə qədər və həmin tarixdən sonrakı
dövrdə Azərbaycanda baş verən hadisələrin xronologiyası haqqında
danışıb.




Daha sonra dəyirmi masa iştirakçılarına Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin apardığı siyasət
nəticəsində ölkəmizin öz torpaqlarını azad etdikdən sonra
Azərbaycan və Ermənistan arasında başlamış sülh prosesi və Zəngəzur
Dəhlizi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və
yenidənqurma işləri, həmçinin həmin ərazilərdə olan mina problemi
və ANAMA tərəfindən aparılan fəaliyyət haqqında ətraflı məlumat
verilib.

İştirakçılara bu mövzularda statistik məlumatları əks etdirən
təqdimatlar edilib. Azərbaycan icmasının fəal nümayəndələrinin
Azərbaycan üçün aktual olan məsələlər barədə məlumatlı olması və
yerli ictimaiyyət arasında Azərbaycan həqiqətlərinin yayılması
məsələləri müzakirə edilib.

.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir