Transgender üzgüçülər qadınlar arasında keçirilən yarışlara buraxılmayacaqlar

İdman

Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) transgender üzgüçülərin qadınlar arasında keçirilən yarışlarda iştirakını qadağan edib.

“Haber Global”ın verdiyi məlumata görə, 152 federasiyanın 71 faiz səsini toplayan qərar FINA elmi panelinin dərmanların təsirilə testosteron səviyyələri aşağı düşürülsə belə, transgenderlərin qadınlardan daha avantajlı olduğu barədə hesabatından sonra verilib.

34 səhifəlik sənəddə FINA bildirib ki, yalnız yetkinlik dövrü başlamazdan əvvəl – 12 yaşdan gec olmayaraq cinsiyyətini dəyişənlər bu yarışlarda iştirak edə bilərlər.

FINA rəhbəri bu qərarın xüsusən qadınlar arasındakı yarışlarda ədalətli rəqabəti qorumaq məqsədilə verildiyini bildirib.

Bundan başqa, FINA inklüzivlik siyasəti çərçivəsində yüksək səviyyəli yarışların hər kəsin iştirak edə biləcəyi “açıq kateqoriyası”nın yaradılması yönündə işə başlanıldığını elan edib.

www.RIA24.az

Spread the love