
Bakı.Trend:
Qanlı Yanvar günü Bakı metroploiteni əhali üçün sığınacaq
oldu
Trend xəbər
verir ki, bu fikirləri bu gün “Bakı Metropoliteni”n qatar maşinisti
Həsənov Cahil 20 Yanvar hüzn günü münasibətilə Bakı
Metropolitenində keçirilən anım tədbiri çərçivəsində jurnalistlərə
açıqlamasında deyib.
Maşinist qeyd edib ki, həmin gün metro səhərədək dayanmadan
işləyib.
“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə işdə idik. Axşam
11-də növbəni təhvil verib evə getməli idik. Məlumat verildi ki,
rus ordusu Bakıya daxil olub və ola bilsin ki, metro səhərədək
işləsin. Bu səbəbdən depodan əlavə qatarlar verildi. Axşam 12-yə
qalmış atışma səsləri eşidildi. Nərimanov stansiyasından əks
istiqamətə gətirilən yaralını gördük. Keçmiş Çapayev indiki Təbriz
küçəsində erməni-rus birləşmələri milləti gülləbaran edirdilər. Bu
səbəbdən Təbriz küçəsinə bizi – 4 maşinisti əhali üçün köməyə
göndərdilər. Qadını vurmuşdular qaldırmağa çalışanda mənə tərəf
atdılar, daldalanmağa yer tapdım. Atışma sakitləşəndən sonra
yaralını Nərimanov xəstəxanasına çatdırdıq. Qanlı Yanvar günü Bakı
Metroploiteni əhali üçün sığınacaq oldu. Artıq 40 il olacaq ki,
Bakı Metropolitenində maşinist işləyirəm”.

