Azərbaycanda istehsal olunan neft bitumunun həcmi açıqlandı

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda 259,3 min ton neft bitumu istehsal
edilib.

Trend bu barədə
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 5,6 min ton və ya 2 faiz azdır. Belə ki, ötən il ölkədə
264,6 min ton neft bitumu istehsal olunmuşdu.

1 yanvar 2026-cı ilə olan vəziyyətə görə hazır məhsul ehtiyatı
17,4 min ton təşkil edir.




Neft məhsulları sahəsində ümumi istehsal həcmi 5,5 milyard manat
olub ki, bu da əvvəlki illə müqayisədə 13,7 faiz çoxdur.

Neft məhsulları arasında mazut istehsalı 2,2 dəfə artıb, qazoyl
istehsalı 22,9 faiz, ağ neft istehsalı 22,9 faiz yüksəlib. Eyni
zamanda neft bitumu istehsalı 2,1 faiz, sürtkü yağlarının istehsalı
isə 48,2 faiz azalıb.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda kondensat da daxil
olmaqla təxminən 27,7 milyon ton xam neft hasil edilib. Bunun 27,6
milyon tonu əmtəəlik neftin payına düşüb. Beləliklə, Azərbaycanda
kondensat da daxil olmaqla xam neft hasilatı illik müqayisədə 4,8
faiz azalıb. Əmtəəlik neft hasilatı da il ərzində 4,8 faiz
geriləyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir