Azərbaycanda dizel yanacağı istehsalı 23%-ə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda 2,549 milyon ton qazoyllar (dizel
yanacağı) istehsal edilib.

Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 22,9% çoxdur.




Bu ilin yanvarın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 138,2 min
ton təşkil edib.

Qeyd edək ki, Azərbaycanda 2025-ci ildə neft məhsullarının
istehsalı sahəsində istehsalın ümumi dəyəri 5532,3 milyon manat
olmaqla, əvvəlki illə müqayisədə 13,7 faiz artıb. Neft
məhsullarından mazut istehsalı 2,2 dəfə, neft koksunun istehsalı
31,3 faiz, qazoylların (dizel yanacağının) istehsalı 22,9 faiz, ağ
neft istehsalı 22,9 faiz artıb, neft bitumu istehsalı 2,1 faiz,
sürtkü yağları istehsalı isə 48,2 faiz azalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir