Bakıda cəzasının çəkilməsi təxirə salınan qadın məhkumların sayı AÇIQLANDI

Hadisə

Bakı şəhəri üzrə cəzasının çəkilməsi təxirə salınan 59 qadın məhkum var. 

Oxu.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsindən bildirilib. 

Məlumatda qeyd edilir ki, həmin qadınların barəsində məhkəmə hökmləri olsa da, hamilə və ya himayəsində azyaşlı övladları olduğundan cəzalarının çəkilməsi təxirə salınıb.

Himayəsindəki azyaşlı övladları 14 yaşına çatana qədər onlar cəza çəkməkdən azad edilirlər. Əgər həmin müddətə qədər digər cinayət törətməsələr, onlar cəzadan tam azad edilirlər.

Könül Cəfərli

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir