“Roma” icarəyə götürdüyü futbolçunu vaxtından əvvəl qaytardı

Baş səhifə

Bakı. Trend:

“Roma” “Aston Villa”dan icarrəyə götürdüyü Leon Beylini geri
qaytarıb.

Trend xəbər
verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

A Seriyası təmsilçisi yamaykalı vingerin icarə müqaviləsinə
vaxtından əvvəl xitam verilib..




Beylinin performansı İtaliya klubunun məşqçilər korpusunu razı
salmayıb. 28 yaşlı futbolçu “Aston Villa”nın düşərgəsinə
qayıdıb.

Qeyd edək ki, “Roma” Leon Beylini mövsümün əvvəlində 1 illik
icarəyə götürmüşdü. Yamayka millisinin üzvü “canavarlar”ın
heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 qol ötürməsi edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir